Taekvondo üzrə Qazaxıstan millisinin Bakıdakı dünya çempionatı üçün heyəti açıqlanıb
BrendSport.az xəbər verir ki, yığma Azərbaycan paytaxtına ümumilikdə 16 idmançı ilə gələcək.
Bunların yarısı qadın, yarısı isə kişi taekvondoçulardır.
Qadınlar: Rita Bakişova (46 kq), Botaqoz Kapanova (49 kq), Aziza Karajanova (53 kq), Sariya Sevostyanova (57 kq), Nazim Maxmutova (62 kq), Nuray Hüseynova (67 kq), Jansel Deniz (73 kq), Rakoni Bimırza (73 kq).
Kişilər: Javohirxon İslamov (54 kq), Samirxon Ababakirov (58 kq), Nurbek Qazez (63 kq), Eldar Birimbay (68 kq), Nurkanat Kojaxmet (74 kq), Nurlan Mirzabayev (80 kq), Smayıl Duysebay (87 kq), Ruslan Japarov (87 kq).
Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 4-dək təşkil olunacaq.
Facebook-da paylaş