Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Babamın "pensiya"sını artıracam"



2010-cu ildə dünyaya gələn Hüseynov İntizar İntizam oğlu Şamaxı şəhər 10 saylı tam orta məktəbin I a sinfində oxuyur. Sinif rəhbəri Məleykə müəllim, məktəbin direktoru isə Həbibə müəllimdir.

İntizar bir ildir ki, taekvondo ilə məşğul olur. Bu vaxta qədər 19 kiloqram çəki dərəcəsində müxtəlif yarışlarda fərqlənib. Göycay və Ağdaş rayonlarında keçirilən yarışların qalibidir.

Onunla söhbətimiz çox maraqlı alındı:

- İntizar, həyatda kimdən qorxursan?

- (gülərək mənə baxıb) Olar qulağınıza deyim? Amma siz də heç kimə deməyin.

- Axı mən də nəsə yazmalıyam.

- Onda, ona deməyin, atamdan.

- Böyüyəndə kim olmaq istəyirsən?

- Polis olmaq istəyirəm. Yanıb-sönən işığı olan polisdən.

- Yəni, dövlət yol polisi?

- Bəli, ondan.

- Olimpiya çempionu olsan nə edərsən?

- Babamın "pensiya"sını artıracam.

Alxas Məmmədov



Facebook-da paylaş

Xəbəri paylaş