Türkiyənin tanınmış klubu həvəskarlar liqasına düşüb
Türkiyənin "Eskişehispor" komandası həvəskarlar liqasına düşüb.
BrendSport.az xəbər verir ki , sona bir tur qalmış 26 xalla 17-ci sırada qərarlaşan komanda III Liqa ilə vidalaşıb.
Buna Eskişehir təmsilçisinin XXXIII turda evdə "Elazığspor"a 3:6 hesabı ilə uduzması səbəb olub.
Qeyd edək ki, 1965-ci ildə əsası qoyulan "Eskişehirspor" 1968/1969, 1969/1970 və 1971/1972 mövsümündə TÜrkiyə Super Liqasının gümüş medallarını, 1970/1971 mövsümündə ölkə kubokunu qazanıb.
Facebook-da paylaş