Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Barselona” futbolçusuna yeni müqavilə təklif edib





İspaniyanın “Barselona” klubu futbolçusu Usman Dembeleyə yeni müqavilə təklif edib.
BrendSport.az xəbər verir ki, Kataloniya təmsilçisi Fransa millisinin üzvü ilə sözləşməni 2027-ci ilə qədər uzatmaq istəyir.

Oyunçunun menecerləri artıq bir dəfə klub rəhbərliyi ilə görüş keçiriblər. “Barsa”nın baş məşqçisi Xavi hesab edir ki, Dembele polşalı hücumçu Robert Levandovski ilə birlikdə komandanın hücum xəttində aparıcı siması olacaq. 26 yaşlı oyunçu özü də komandada qalmaq fikrindədir.

Qeyd edək ki, Usman Dembelenin “Barselona” ilə hazırkı müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. Fransalı bu mövsüm La Liqada keçirdiyi 20 oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə verib.


Facebook-da paylaş

Xəbəri paylaş