Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Napoli”nin bir azarkeşi çempionluğu qeyd edərkən ölüb




“Napoli”nin bir azarkeşi İtaliya çempionluğunu qeyd edən zaman ölüb.
BrendSport.az xəbər verir ki, buna səbəb Neapol küçəsində baş verən atışma olub.

Minlərlə azarkeşin şənlik keçirdiyi bir vaxtda insident yaşanıb. Nəticədə 26 yaşlı fanat güllə yarası alıb. Həmin şəxs xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən xəbər tutan mərhumun yaxınları xəstəxanaya hücum çəkərək, ora ciddi ziyan vurublar. Hazırda iş hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, “Napoli” 1990-cı ildən bəri ilk, tarixində isə üçüncü dəfə ölkə çempionu olub.


Facebook-da paylaş

Xəbəri paylaş