Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İtaliya A seriyasına vəsiqə qazanan ilk komanda müəyyənləşib

İtaliya A seriyasına vəsiqə qazanan ilk komanda müəyyənləşib


Növbəti mövsüm üçün futbol üzrə İtaliya A seriyasına vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib.
BrendSport.az xəbər verir ki, bu, “Frosinone”dir. Komanda B seriyasının 35-ci turunda “Recina”nı 3:1 hesabı ilə məğlub edib. Fabio Qrossonun komandası xallarının sayını 71-ə çatdırıb və sona 3 tur qalmış üçüncü pillədəki “Bari”ni 10 xal qabaqlayıb.
Reqlamentə əsasən, 3-8-ci yerləri tutacaq komandalar A seriyasına üçüncü vəsiqə uğrunda pley-off matçlarında iştirak edəcəklər.
Qeyd edək ki, “Frosinone” tarixində üçüncü dəfə A seriyasında çıxış edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş