Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



""Qalatasaray" etdiyim sehirlə qalib gəlib"



2003 Rusiya gözəli Viktoriya Lopyreva DÇ:2018-in xoşməramlı səfiri seçilib

Rus gözəl bu məqsədlə bir neçə futbol matçlarında iştirak edib. Bu səfərlər çərçivəsində "Qalatasaray" - "Akhisar" matçını stadionda izləyən Viktoriya oyunun nəticəsinə görə maraqlı açıqlamalar verib. Belə ki, uzun müddət məğlubiyyət seriyasını qıra bilməyən "Qalatasaray" 2-0 uduzmağına baxmayaraq, məhz bu oyunda 2-4 qalib gəlib. Vktoriya isə bu nəticəni etdiyi sehirlə əlaqələndirib: "Etdiyim sehir faydalı oldu. Aslan ikinci hissədə kükrəyərək geri döndü. İndiyə qədər gördüyüm ən dramatik matçlardan biri idi. Məftunedicidir! Təbriklər, Qalatasaray".

Rus gözəl "Qalatasaray" formasıyla şəkil çəkdirib və instagram hesabında paylaşıb.

Qeyd edək ki, Viktoriya Lopyreva Rusiya Dövlət İqtisad Universiteti məzunudur. Modelliklə yanaşı aparıcılıq də edən rus gözəl eyni zamanda dünya mediasının ən çox müsahibə alan idman jurnalisti kimi də tanınır. Həmçinin o, Rusiya Süper liqasının 2014-2015 sezonundakı reklamında böyük əməyi olduğuna görə mükafatlandırılmışdı. Hazırda DÇ:2018-in Xoşməramlı səfiri olaraq fəaliyyət göstərir.














Facebook-da paylaş

Xəbəri paylaş