Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ukraynanın ən seksual idmançısı Azərbaycan çempionatında



Qadın həndbolçulardan arasında Azərbaycan çempionatının gümüş medalçısı “Azəryol” heyətini gücləndirməkdə davam edir. ABU-nun xələfi növbəti legioner transferini rəsmiləşdirib.

Ölkəmizi “Çelenc Cup”da təmsil edəcək bakılılar ukraynalı Mariana Konovalova ilə danışıqları müsbət yekunlaşdırıblar. Son illərdə ölkəsinin ən seksual həndbolçuları sırasında yer alan 22 yaşlı sol cinah oyunçusu ilə 1 illik müqavilə imzalanıb. O, Bakı klubuna Ukrayna çempionu və ölkə kubokunun sahibi olduğu “Qaliçanka”dan transfer edilib.

Qeyd edək ki, “Azəryol” “Çelenc Cup”ın III mərhələsindən mübarizəyə başlayacaq. Onların rəqibi Türkiyənin “Ankara Yenimahalle” klubu olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş