Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"İlhamlı Qələbələr" adlı layihə davam edir



Bildiyiniz kimi, Azərbaycanda gənclərin və idmanın yeganə informasiya portalı olan BrendSport.az saytı 44 günlük Vətən müharibəsi dövründə də, ondan sonra da idman ictimaiyyətinin nümayəndələri ilə mütəmadi olaraq cəbhə bölgələrinə səfər edir.

Bu səfərlərin davamı olaraq 25-27 fevral tarixlərində Beyləqan, Xocavənd və Ağcəbədi rayonlarında Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə iştirak etdik.

Səfər çərçivəsində Ağcəbədi rayonunun Şahsevən, Təzəkənd və Hindarx kəndlərində Vətən müharibəsi qazilərilə də görüşlərimiz oldu və ehtiyacı olan qazilərmizə əlil arabaları təqdim edildi.

Səfərin təşkil olunmasında bizə göstərdikləri dəstəyə görə, "Retro" holdinqə, "Cəngi” İdman Klubuna, "Həyat aptek"ə və "Ali Motors"a saytımız adından öz təşəkkürümüzü bildiririk!

Səfər 27 fevral tarixində Ağcəbədi və Ağdam rayonunda əsgərlərlə görüşlə başa çatmışdır.












Facebook-da paylaş

Xəbəri paylaş