Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cüdoçu xanımlarımızdan biri



Ölkəmizdə idman sahəsində əldə olunan uğurlarda cüdoçularımızın da xüsusi yeri var. Beynəlxalq arenalarda hər zaman bayrağımızı dalğalandırıb, himnimizi səsləndirməyə çalışan cüdoçularımız arasında xanım idmançılarmızın da rolu böyükdür.

BrendSport.az saytı xəbər verir ki, belə xanım idmançılarımızdan biri də Bəsti Səfərovadır.

Bəsti Səfərova 16 yanvar 1998-ci ildə Siyəzən şəhərində anadan olub. Şəhər 1 saylı tam orta məktəbi bitirib.

Hazırda ADPU-nun musiqi, bədi qrafika və çağırışa qədər hazırlıq fakültəsinin tələbəsidir. Qrup yoldaşları arasında böyük hörmət sahib olan Bəsti, cüdo üzrə 3 dəfə respublika çempionu, 6 dəfə respublika ikincisi, 5 dəfə respublika üçüncüsü olub. İdman ustasıdır.

İştirak etdiyi beynəlxalq yarışda 2 dəfə gümüş medal qazanıb və mükafatçılar sırasında yer alıb.

Daim öz üzərində çalışan idmançımız daha böyük uğurlar qazanmaq üçün əzmlə, yorulmadan məşqlərini davam etdirir.

Biz də Bəsti xanımın timsalında bütün idmançılarımızdan qələbə xəbərlərini eşitməyi arzulayırıq.

Əliqasım Məmmədov,
ADPU-nin I kurs tələbəsi








Facebook-da paylaş

Xəbəri paylaş