Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



""Lokomotiv" İSM öz fəaliyyəti ilə dövlətimizin idman siyasətinə dəstək olur"



Həmsöhbətimiz "Lokomotiv" İdman Sağlamlıq Mərkəzinin müdiri Fəxrəddin Nəsirovdur.

- Fəxrəddin müəllim, "Lokomotiv" İdman Sağlamlıq Mərkəzi barədə nə deyə bilərsiniz?

- "Lokomotiv" İdman Sağlamlıq Mərkəzi respublikamızın nümunəvi məkəzlərindən biridir. Mərkəzimizdə bir çox tanınmış idmançılar məşq edir. Biz çalışırıq ki, mərkəzimizdə idman sürətlə inkişaf eləsin. Bunun üçün də müxtəlif yarışlar təşkil edilir. Komandalarımız da bu yarışlarda nümunəvi çıxış edirlər. Mərkəzimizdə müxtəlif idman növləri var. Bunlardan güləş, boks, taekvondo, trinajor zalı və digər idman növləri fəaliyyət göstərir. "Lokomotiv" İdman Sağlamlıq Mərkəzi öz fəaliyyəti ilə dövlətimizin idman siyasətinə dəstək olur.

- Məşq zalınızda "Hər ailədən bir güləşçi" devizinə rast gəldik.

- Bu devizi dövlətimizin başçısı səsləndirmişdir. Bununla da dövlət başçısı güləşə olan xüsusi rəğbətini bildirir. Cənab prezident idmançılarımızın dostudur. Prezidentimiz İlham Əliyev idmançılara dəstək olur və hər an onların problemi ilə məşğul olaraq onlara dəstək durur.

- Fəxrəddin müəllim, "Lokomotiv" İdman Sağlamlıq Mərkəzinin problemlərini necə həll edirsiniz?

- Bura bizim evimizdir. "Lokomativ" bir çox idmançılar üçün doğma bir məkandır. Göydə Allaha. yerdə prezidentimizə inanırıq. Hər bir problemə qarşı səfərbər ola bilərik. Onu da deyə bilərəm ki, "Lokomotiv" İdman Sağlamlıq Mərkəzinin həyətində vaxtı ilə ulu öndər Heydər Əliyev tərəfindən əkilmiş ağac vardır. Ağac həyat rəmzidir. "Lokomotiv" də yaşayıb, yaşayacaq da.

Alxas Məmmədov










Facebook-da paylaş

Xəbəri paylaş