Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib

Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən BrendSport.az -a bildiriblər ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlığı gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, onlara həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.
Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.








Facebook-da paylaş

Xəbəri paylaş