"Bayrağımızı qorumaq hər birimizin borcudur"
Şamaxı Olimpiya İdman Kompleksində Bayraq günü münasibəti ilə atıcılıq üzrə tədbir keçirilib. Tədbirdə Şamaxı Texniki Humanitar Təmayüllü Liseyin şagirdləri rəmzi düşməni hədəf alaraq atış həyata keçiriblər.
Liseyin müəllimi Əliməhəmməd Etibarov:
- Bu gun müqəddəs gündür. Bayrağımızı qorumaq hər birimizin borcudur. Bu gənclər gələcəyin əsgərləridi. Bunların silahla davranışı qələbənin təməlidir. İndi hədəfə güllə atırlar, vaxt gələcək Qarabağda dəşmənə atacaqlar. Yaşasın, Azərbaycan!
Alxas Məmmədov
Facebook-da paylaş