Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"İncə ruhun dərmanı"

"İncə ruhun dərmanı"

Şamaxı rayonunun tanınmış ziyalılarından olan İntiqam İslamovun yeni kitabı məhz belə adlanır - "İncə ruhun dərmanı". Kitabın redoktoru tədqiqatçı, filoloq, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi Ədalət Məmmədovdur. Ön sözün müəllifi isə şair, prezident təqaüdçüsü Zirəddin Qafarlıdır.

320 səhifədən ibarət olan kitabda İntiqam müəllim oxucunu düşündürməyi bacarıb. Kitabda həyatın hər sahəsinə, o cümlədən idmanın taekvondo növünə aid şeirlərə rast gəlmək mümkündür. Şeirə və sözə dəyər verən İntiqam müəllim zamanın axarını tutan söz adamlarındandır.

İntiqam İxtiyar oğlu İslamov 1953-ci il avqust ayının 26-da Şamaxı rayonunun Çarhan kəndində anadan olub. 1970-ci ildə kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1970-1971-ci illərdə Bakıda neftayırma zavodunda çilingər işləyib. 1971-1973-cü illərdə ordu sıralarında xidmət edib.

1971-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin axşam şöbəsinə daxil olmuş, 1978-ci ildə oranı müvəffəqiyyətlə bitirib. 1973-1978-ci illərdə Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə dəstəsində çalışıb.

1978-1985-ci illərdə Şamaxı rayonunun mədəniyyət şöbəsində işləyib. 13 ildir Şamaxı şəhər 10 saylı orta məktəbində dil-ədəbiyyat müəllimi vəzifəsində çalışır.

Nəzrin Alxasqızı




Facebook-da paylaş

Xəbəri paylaş