Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Sözümüzü meydanda deyəcəyik"



Real-ın kapitanı Serxio Ramos Çempionlar Liqasının yarımfinalında Bayern Munchenlə cavab oyunu öncəsi fikirlərini bölüşüb. Təcrübəli müdafiəçi bunları deyib:

"Sözümüzü meydanda deyəcəyik. Səfərdə qalib gəlməyimizin özü bir tarixdir. Finala çıxmaq mövsüm ərzində çəkilən zəhmətin nəticəsi ola bilər. Həlledici oyuna vəsiqə qazanılmasına ümid edirəm. Münhedən sərfəli nəticə ilə qayıtmışdıq. Amma hesab etməliyik ki, hesab 0:0 olub. Almanlara qalib gəlib titulu qorumağa çalışacağıq.

Cinah müdafiəsində Karvaxal zədəlidir. Lakin əla heyətimiz var. Digər futbolçular lazımi səviyyədə oynaya bilər. Bizim sayəmizdə çətin şeylər asan görünür. Son bir neçə ildə 3 dəfə Çempionlar Liqasının qalibi olmuşuq. Rekord qırmağa davam etmək bizim üçün sınaqdır.

"Santiago Bernabeu"da böyük futbol gecələri möhtəşəmdir. Doğma publika önündə oynamaq əladır. Onların dəstəyinə ehtiyacımız var. Bura qədər gəlməyimizdə onların köməyi çoxdur. Yenə arenada bizi ruhlandıracaqlarını gözləyirik".


Facebook-da paylaş

Xəbəri paylaş