Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın Xalq artisti Emin Ağalarov Daşkənddə konsert proqramı ilə çıxış edib



Azərbaycanın Xalq artisti Emin Ağalarov Daşkənddə “Drujba Narodov” salonunda solo konsert proqramı ilə çıxış edib.


BrendSport.az saytının Gənclər şöbəsi xəbər verir ki, konsertdə Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, tanınmış müğənnilər, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Xalq artisti konsertdə öz bəstələrini, dünya və rus bəstəkarlarının mahnılarını müxtəlif dillərdə ifa edib. O, repertuarında SSRİ Xalq artisti Müslüm Maqomayevin mahnılarına xüsusi yer ayırıb. Dörd min nəfərlik konsert salonu dolu olub və konsert anşlaqla keçib.

Konsertin sonunda Emin Ağalarov deyib ki, Özbəkistana birinci gəlişidir, özbək publikasını çox sevdiyindən bir ildən sonra yenidən Daşkəndə gələcəyinə söz verib.

Özbəkistan mətbuatı Emin Ağalarovun Daşkənddə konsert proqramı ilə çıxış etməsini ölkənin mədəni həyatında hadisə adlandırıb.

Səfər çərçivəsində Xalq artisti Daşkəndin görməli yerlərini gəzib, “Ezqu amal” Xeyriyyə Fondunda olub, uşaqlara hədiyyələr bağışlayıb.

AZƏRTAC








Facebook-da paylaş

Xəbəri paylaş