AZƏRBAYCANLI GƏNC “İNTERNATİONAL STEM OLYMPİAD 2025”DƏ UĞURLA ÇIXIŞ EDİB

BrendSport.az saytının "Gənclər" şöbəsi xəbər verir ki, azərbaycanlı gənc Məhəmməd Şahmuradlı iyulun 9-dan 15-dək İspaniya Krallığının Barselona şəhərində keçirilən “İnternational STEM Olympiad 2025”də uğurla çıxış edib.
Dünyanın 36 ölkəsindən 4 fərqli kateqoriya ("Math", "Science", "Coding" və "DIY Challenge") üzrə ümumilikdə 980 iştirakçının qatıldığı yarışda Məhəmməd Şahmuradlı yarışdığı "Math" kateqoriyası üzrə gümüş medala layiq görülüb.
Facebook-da paylaş
