Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın 25 güləşçisi dünya çempionatında mübarizə aparacaq




Azərbaycanın 25 güləşçisi Albaniyanın paytaxtı Tiranada oktyabrın 23-dən 29-dək keçiriləcək U-23-lər arasında dünya çempionatında mübarizə aparacaq.

BrendSport.az
xəbər verir ki, idmançılarımızdan 9-u sərbəst, 10-u yunan-Roma, 6-sı isə qadın güləşçidir.

Yarışın ilk günlərində baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında sərbəst güləşçilər Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Zirəddin Bayramov (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Əşrəf Aşırov (79 kq), Arseni Djioyev (86 kq), Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) çıxış edəcəklər.

Daha sonra böyük məşqçi Toğrul Əsgərov və məşqçi Solmaz Adilovanın başçılığı altında qadın güləşçilər Elnurə Məmmədova (50 kq), Əsmər Cankurtaran (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyə Sadıqova (72 kq) çempionluq uğrunda yarışacaqlar.

Dünya çempionatının son günlərində yunan-Roma güləşçiləri Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Həsən Məmmədli (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), Elcan Məmmədov (82 kq), Məhəmməd Əhmədiyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparacaqlar. Onlara baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Elvin Mürsəliyev rəhbərlik edəcəklər.

Sərbəst güləşdə İslam İlyasov (97 kq), qadın güləşində isə Gültəkin Şirinova (53 kq) zədə səbəbindən mundiala qatılmayacaqlar. Turnirdə I dərəcəli hakim İntiqam Alıyev ədaləti qoruyacaq.


Facebook-da paylaş

Xəbəri paylaş