Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb


Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti bəlli olub.

BrendSport.az
xəbər verir ki, fərdi mübarizədə Zöhrə Ağamirova, Kamilla Seyidzadə və İlona Zeynalova çıxış edəcək.

Ləman Əlimuradova, Yelizaveta Luzan, Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası da turnirdə mübarizə aparacaq.

Yeniyetmələrin yarışında Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı bacarığını göstərməyə çalışacaq.

Avropa çempionatı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Qeyd edək ki, mayın 22-dən 26-dək davam edəcək turnirdə ümumilikdə 302 idmançı çıxış edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş