Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"F-Holding"-in icraçı direktoru: "Prosesin tezləşdirilməsi üçün bütün səylər göstərilir"


BrendSport.az xəbər verir ki, artıq 2 gündü ölkənin futbol gündəmini zəbt edən məlumat - "F-Holding"-in "Kəpəz"i himayəsinə götürmək barədə məlumatdı. Xəbəri ilk yayan Sport24.az bu dəfə şirkətin icraçı direktoru Kənan Sadıqova tribuna verdi.


- İlk öncə "F-Holding"-in futbol sahəsinə gəlmək istəyi və şirkət haqqında məlumat almaq istərdik.

- "F-Holding" maliyyə şirkəti olaraq Azerbaycan Respublikasında bir sıra fərqli sahələrə investisiya yatırımı ilə məşğul olan cəmiyyətdir. Bu sahələrə kənd təsərrüfatı, balıqçılıq, ekoturizm, yol infrastrukturu, dağ mədənçilik və idman sahəsini də aid etmək olar. "F-Holding"-in təşəbbüsü ilə idman sahəsində əyani olaraq məhz futbolun inkişafı məqsədilə "Atletik" (Bilbao) Futbol Klubunun aşağı yaş qrupları daxil olan "Antiguoko" Beynəlxalq Futbol Akademiyasının Azərbaycanda açılmasını xüsusi ilə qeyd etmək istərdim.


- Nümayəndə heyətiniz artıq Gəncədə olub və "Kəpəz"in infrastrukturu ilə yerində tanış olub. Fikrinizcə, istədiyiniz klub məhz "Kəpəz"di?

- Bəli, "F-Holding" olaraq biz Gəncənin "Kəpəz" klubuna Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyevlə birgə səfər etdik. Orada olan zaman mövcud infrastrukturla yaxından tanış olduq və yaxın gələcəkdə ərazidə görüləcək işlər barəsində də məlumatlandırıldıq. Onu da vurğulamaq istərdik ki, AFFA-nın gördüyü işlər təqdirəlayiqdir. Bəli, seçimimiz əsasən "Kəpəz" üzərindədir. Buna səbəb isə bu klubun çox böyük tarixə malik olması və Azərbaycan futbolunun inkişafı üçün yetərincə çoxlu sayda futbolçular yetişdirməsidir. Biz də bu tarixi silsiləni davam etdirmək niyyətindəyik.


- Sövdələşmənin baş tutduğunu iddia etmək nə dərəcədə doğru olar?

- Bu, ilk öncə biznes danışığıdır və bizim tərəfdən bütün təşəbbüslər aparılır. Düşünürük ki, ilk baxışdan bizi hərtərəfli qane edən bir işbirliyi ola bilər. Sadəcə, danışıqlar əsnasında daha dəqiq detallar əldə olunacaq. Şübhəsiz ki, indiyədək bura az miqdarda vəsait ayrılmayıb və bütün əldə olunan məlumatlar detallı şəkildə incələnməlidir. "F-Holding" tərəfindən bütün səylər göstərilir ki, bu işbirliyi tez bir zamanda uğurla baş tutsun. Əlavə də qeyd etmək istəyirəm ki, "F-Holding"-in əməkdaşlıq etdiyi xarici investorlar layihəni yüksək qiymətləndirirlər və dəstəyə daim hazır olduqlarını bildirirlər. Şübhəsiz ki, "F-Holding" olaraq bizim istəyimizlə investorların fikrlərinin üst-ütsə düşməsi bu işin gedişatı üçün çox vacib amildir.


- "F-Holding"li "Kəpəz" o əzəmətli nüfuzunu yenidən qaytara biləcəkmi?

- Düşünürük ki, bəli. "Kəpəz" öz tarixi əzəmətini geri qaytara bilər. Nəinki "Kəpəz", həmçinin "Kəpəz"in simasında Azərbaycan futboluna da öz töhfəsini verə bilər. Çünki "F-Holding" olaraq Avropanın bir çox ölkələri ilə, xüsusilə də İspaniya Krallığı ilə hər sahədə çox sıx əlaqədəyik. Həmin ölkənin futbol sahəsində "Real" (Madrid), "Barselona", "Atletik" (Bilbao) kimi nəhəng komandalarla geniş əlaqələrimizin olduğu üçün məhz futbol sahəsində sözügedən əməkdaşlığın uğurla nəticələnməsində maraqlıyıq.


- Rəsmi müqavilə nə vaxt imzalana bilər? Artıq cari mövsümdə klubun yeni sponsora qovuşma ehtimalı realdırmı?

- Daha öncə qeyd etdiyimiz kimi, FİF ilə danışıqlar prosesinə başlanmışdır və ilkin tanışlığın təəssüratı müsbətdir. Həm biz, həm də FİF tərəfindən bu prosesin tezləşdirilməsi üçün bütün səylər göstərilir.


- "F-Holding"in İspaniya ilə sıx əlaqəsinin olduğunu vurğuladınız. Yaxın perspektivdə aşağı yaş qrupları üzrə futbolçuların bu ölkədə təcrübə keçməsi kimi addımlar planlarınıza daxildirmi?

- Bəli, çox düzgün vurğulayırsınız. Daha öncə də qeyd etdiyim kimi, "F-Holding" İspaniya Krallığı ilə çox sıx əlaqələrə sahibdir və bu işbirliyinin baş tutacağı təqdirdə gənc futbolçuların İspaniyanın nəhəng futbol bazalarında məşq prosesinin keçirilməsi də planımızda öz əksini tapmaqdadır. Buna əyani sübutu olaraq Azərbaycanda "F-Holding"-in təşəbbüsü ilə "Atletik" (Bilbao) futbol klubunun alt yapısı olan Azərbaycandakı "Antiguoko" Beynəlxalq Futbol Akademiyasından bir neçə gənc futbolçuları dəfələrlə təlim-məşq məqsədi ilə İspaniyaya səfərə göndərilməsini göstərmək olar. Demək istəyirəm ki, bu sahədə də təcrübəmiz kifayət qədərdir

Sport24.az


Facebook-da paylaş

Xəbəri paylaş