Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın Avropa çempionu: Əziyyətim yerdə qalmadı



"Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı”.

BrendSport.az
xəbər verir ki, bu sözləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Nihat Məmmədli Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

60 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı zədə səbəbindən yarışa istədiyi kimi hazırlaşa bilmədiyini söyləyib: “Reytinq turnirində zədə almışdım. Bu səbəbdən Xorvatiyada keçirilən təlim-məşq toplanışından kənarda qaldım. Bakıda həm bərpa prosesi keçdim, həm də bu yarışa hazırlaşdım. Müəyyən çətinliklər olsa da, həm şəxsi, həm də komanda hesabında yaxşı nəticə göstərdik”.

Onun sözlərinə görə, finalın ağır keçəcəyi əvvəldən bəlli idi: “Çünki rəqibim çox təcrübəli idi. Ancaq bu görüşə yaxşı hazırlaşdığım üçün qalib gəldim. Qələbəmi yenicə dünyaya gələn və mənə dayılıq hissini yaşadan bacımın qızı Gülaya həsr edirəm".

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatını 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.


Facebook-da paylaş

Xəbəri paylaş