Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Bayer”in qapıçısı: Bizi Bakıda “Qarabağ”la çətin mübarizə gözləyir



"Evdə qazandığımız 5:1 hesablı qələbəyə baxmayaraq, bizi Bakıda çətin mübarizə gözləyir".

BrendSport.az
xəbər verir ki, bu sözləri Almaniyanın “Bayer” komandasının qapıçısı Matey Kovarj UEFA Avropa Liqasının qrup mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri IV tur oyunundan öncə mətbuat konfransında deyib.

Çexiyalı qolkiper sabahkı matça ciddi yanaşdıqlarını bildirib:

“Qələbə qazanaraq, qrup birinciliyini təmin etmək istəyirik. Azərbaycanda da gücümüzü göstərəcəyik. Komandamın uğurlu nəticə qazanması üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş