İspaniya La Liqası: “Sevilya” xal itirib
Aprelin 7-də futbol üzrə İspaniya La Liqasında 28-ci tura start verilib.
BrendSport.az xəbər verir ki, turun ilk matçında “Sevilya” öz meydanında “Selta”nı qəbul edib.
Oyunun gedişində 2:0 hesabı ilə irəli də olan əndəlüslülər üstünlüklərini əldə verilər – 2:2. Meydan sahiblərinin heyətində En Nesyri və Akunya, qonaqlardan isə Roqdrigez və Paçiençia fərqləniblər.
Bu nəticədən sonra “Sevilya” 32 xalla 13-cü pillədədir. “Selta” isə xallarının sayını 36-ya çatdırıb və 9-cudur.
Facebook-da paylaş