Asiyada ötən ilin ən yaxşı futbolçusu bəlli olub
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Asiya zonası üzrə 2022-ci ilin ən yaxşı oyunçusunu açıqlayıb.
BrendSport.az xəbər verir ki, IFFHS-ın versiyasına əsasən, bu ada Cənubi Koreya millisinin və İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiəçisi Son Xın Min layiq görülüb.
Qeyd edək ki, Cənubi Koreya seçməsi ötən il Qətərdə keçirilmiş dünya çempionatının 1/8 finalında Braziliyaya 1:4 hesabı ilə uduzub.
Facebook-da paylaş