Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA Avropa Liqası: dörddəbir final mərhələsinə yekun vurulacaq



Aprelin 18-də UEFA Avropa Liqasının dörddəbir final mərhələsinə yekun vurulacaq.

BrendSport.az xəbər verir ki, mərhələnin dörd qarşılaşması İngiltərə, İtaliya, Almaniya və İspaniyada oynanılacaq.

Mərhələnin erkən finalı kimi adlandırılan və mərkəzi qarşılaşması sayılan görüş Neapolda təşkil olunacaq. İngiltərənin “Arsenal” komandası səfərdə “Napoli”nin qonağı olacaq. Xatırladaq ki, bu komandalar arasında İngiltərədə baş tutan görüş “Arsenal”ın qələbəsi ilə başa çatmışdı - 2:0. Karlo Ançeslottinin yetirmələri növbəti mərhələyə vəsiqə qazanmaq üçün cavab görüşündə üç top fərqi ilə qalib gəlməlidir. Qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

“Arsenal” klubu bu turnirdə Azərbaycan təmsilçisi “Qarabağ”la birgə yer aldıqları E qrupunu lider kimi başa vurub. Neapollular isə Avroliqaya Çempionlar Liqasından qrup üçüncüsü kimi gəliblər. Bu komandalar əvvəllər yalnız 2013-2014-cü illər mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində qarşılaşıblar.

İspaniya dueli adlandırılan görüş “Valensiya” və “Vilyarreal” komandaları arasında təşkil olunacaq. Onların birinci görüşü “Valensiya”nın 3:1 hesablı səfər qələbəsi ilə başa çatmışdı. Bu oyunda “Valensiya”ya bir topla məğlubiyyət və heç-heçə sərf edir. Görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Bu komandalar 2003-2004-cü illər mövsümündə UEFA Kubokunun yarımfinalda üz-üzə gəliblər. Səfərdə qolsuz heç-heçə edən “Valensiya” evdə Mistanın penalti qolu ilə finala adlayıb. Daha sonra “yarasalar” Fransa “Olimpik”ini üstələyərək, turnirin qalibi olub.

Daha bir görüşdə Almaniyanın “Ayntraxt” və Portuqaliyanın “Benfika” komandaları üz-üzə gələcək. İlk görüşdə “Ayntraxt” səfərdə 4:2 hesabı ilə qalib gəlib. Görüşü Daniyel Orsatonun (İtaliya) rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Lissabon təmsilçisi də “Qarabağ”ın yer aldığı E qrupunda mübarizə aparıb və qrup ikincisi kimi play-off mərhələsinə çıxıb. “Benfika” isə Avroliqaya Çempionlar Liqasından qrup üçüncüsü kimi qoşulub. Sonra “qartallar” onaltıdabir finalda “Qalatasaray” (Türkiyə), 1/8 finalda isə “Dinamo”dan (Zaqreb, Xorvatiya) üstün olublar. “Ayntraxt” isə Avroliqanın qrup mərhələsindəki 6 oyunun hamısından qalib ayrılıb. Daha sonra Frankfurt komandası Ukraynanın “Şaxtyor” və İtaliyanın “İnter” komandalarını üstələyib.

Nəhayət, İngiltərənin daha bir təmsilçisi “Çelsi” öz meydanında Çexiyanın “Slaviya” komandasını qəbul edəcək. London təmsilçisi görüşə səfərdə minimal hesab üstünlüyü ilə çıxacaq - 1:0. “Slaviya” növbəti mərhələyə vəsiqə qazanmaq üçün “Çelsi”nı iki top fərqi ilə üstələməlidir.

Praqalılar ötən mərhələdə turnirin son qalibi İspaniya “Sevilya”sını mübarizədən kənarlaşdırmaqla sensasiyaya imza atıblar. “Slaviya” bu mövsüm öz meydanında yalnız “Çelsi”ə uduzub (1:0). “Çelsi” isə ümumiyyətlə turnirdə məğlubiyyət acısı yaşamayıb.

Hər dörd qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı mayında 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş