Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



20 min alman Londonu qarışdırdı - VİDEO



Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirilməli olan “Arsenal” (İngiltərə) – “Köln” matçı nəzərdə tutulduğu vaxtda başlamayıb.

Sözügedən matçın öncədən Bakı vaxtı ilə saat 23:05-də başlaması nəzərdə tutulmuşdu. Amma təhlükəsizlik tədbirləri ilə əlaqədar, matçın bir saat sonra 00:05-də start götürməsinə qərar verilib.

Buna isə Almaniya təmsilçisinin azarkeşlərinin Londona gözlənilməz “hücumu” səbəb göstərilir. “Topçular”ın rəsmi saytının yaydığı xəbərə görə, təxminən 20 min “Köln” fanatı marşlar səsləndirərək Londona ayaq basıb. Biletsiz olan həmin tərəfdarların zorla stadiona girməyə çalışması isə gərginliyə səbəb olub. Məhz bu üzdən də qarşılaşma nəzərdə tutulan saatda başlamayıb.



Facebook-da paylaş

Xəbəri paylaş