Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya rekordçusu olan atlet 4 il müddətinə diskvalifikasiya edilib



16 kilometr məsafəyə qaçış üzrə dünya rekordunun sahibi olan keniyalı atlet Bernard Kibet antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib.

BrendSport.az
xəbər verir ki, araşdırmalara əsasən, 26 yaşlı idmançının 2024-cü ilin yayında qan nümunələrində kəskin dəyişikliklər qeydə alınıb və bu, dopinqdən istifadə şübhələrinə səbəb olub.

Dəyişikliklərin “Paris-2024” Yay Olimpiya Oyunları dövrünə təsadüf etdiyi bildirilir və bu səbəbdən Kibetinin 10 kilometr məsafəyə qaçışda tutduğu nəticəsi (5-ci yer) ləğv edilib. Atlet ittihamları qəbul etməsə də, tibbi ekspertlər onun izahatlarını inandırıcı olmadığını düşünürlər.

Qeyd edək ki, Bernard Kibet 2022-ci ildə Yaponiyada keçirilən yarışda 16 kilometr məsafəni 44 dəqiqə 4 saniyəyə qət edərək dünya rekordu müəyyənləşdirmişdi.


Facebook-da paylaş

Xəbəri paylaş