Türkiyə klubunun yeni baş məşqçisi bəlli olub

Türkiyənin “Konyaspor” komandasının yeni baş məşqçisi bəlli olub.
BrendSport.az xəbər verir ki, Superliqa təmsilçisi İlhan Palutla 1,5 illik müqavilə imzalayıb.
Mütəxəssis ikinci dəfə Konya klubunun sükanı arxasına keçib. O, daha əvvəl 2021-2023-cü illər mövsümündə komandaya başçılıq edib.
Qeyd edək ki, “Konyaspor” hazırda Superliqada 20 oyundan topladığı 19 xalla 14-cü pillədə qərarlaşıb.
Facebook-da paylaş






















