Braziliya millisinə bəd xəbər
Braziliya millisinin futbolçusu Dani Alveş DÇ-2018-i buraxacaq.
"Globo"nın yaydığı xəbərə görə, Fransa kubokunun finalında "Le Erbe" ilə matçda zədələnən PSJ-nin müdafiəçisinin mundiala kimi hazır olmayacağı məlum olub.
Qeyd edək ki, D.Alveş bu mövsüm 41 matçda 5 qol vurub, 10 qolun ötürməsini verib.
Facebook-da paylaş