"Real" İspaniya çempionatının son turunun oyununun təxirə salınmasını istəyib
"Real" klubu La Liqa rəhbərliyindən İspaniya çempionatının son turunun "Betis" ilə oyununun təxirə salınmasını istəyib.
BrendSport.az xəbər verir ki, bu addım “Santyaqo Bernabeu” stadionunda dünya şöhrətli ABŞ-li müğənni Teylor Sviftin konsertini təşkil etmək üçün atılıb.
Madrid klubuna bilet üçün 450 min müraciət gəlib. T.Sviftin konserti mayın sonuna planlaşdırılıb.
Qeyd edək ki, İspaniya çempionatının 38-ci turunun "Real" - "Betis" oyunu mayın 26-da “Satyaqo Bernabeu” stadionunda keçirilməlidir.
Facebook-da paylaş