Əsas Səhifə > Dünya idmanı > "Real" İspaniya çempionatının son turunun oyununun təxirə salınmasını istəyib

"Real" İspaniya çempionatının son turunun oyununun təxirə salınmasını istəyib


26-02-2024, 17:00


"Real" klubu La Liqa rəhbərliyindən İspaniya çempionatının son turunun "Betis" ilə oyununun təxirə salınmasını istəyib.

BrendSport.az
xəbər verir ki, bu addım “Santyaqo Bernabeu” stadionunda dünya şöhrətli ABŞ-li müğənni Teylor Sviftin konsertini təşkil etmək üçün atılıb.

Madrid klubuna bilet üçün 450 min müraciət gəlib. T.Sviftin konserti mayın sonuna planlaşdırılıb.

Qeyd edək ki, İspaniya çempionatının 38-ci turunun "Real" - "Betis" oyunu mayın 26-da “Satyaqo Bernabeu” stadionunda keçirilməlidir.
Geri qayıt