“Qalatasaray” Çempionlar Liqası ilə vidalaşıb
UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turuna start verilib.
BrendSport.az xəbər verir ki, ilk gündə A, B, C və D qruplarında mübarizəyə yekun vurulub.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Danimarkada “Kopenhagen”in qonağı olub. Türkiyə təmsilçisi həlledici oyunda minimal hesabla məğlub olaraq qitənin ali klub turniri ilə vidalaşıb.
“Cim-Bom” mübarizəyə Avropa Liqasında davam edəcək. “Mançester Yunayted”in isə, ümumiyyətlə, qitə turnirləri ilə vidalaşıb.
Çempionlar Liqası
Qrup mərhələsi
VI tur
A qrupu
“Kopenhagen” (Danimarka) – “Qalatasaray” (Türkiyə) 1:0
“Mançester Yunayted” (İngiltərə) – “Bavariya” (Almaniya) 0:1
Xal durumu: “Bavariya” – 16, “Kopenhagen” – 8, “Qalatasaray” – 5, “Mançester Yunayted” - 4.
B qrupu
“Lans” (Fransa) – “Sevilya” (İspaniya) 2:1
PSV (Niderland) – “Arsenal” (İngiltərə) 1:1
Xal durumu: “Arsenal” – 13, PSV – 9, “Lans” – 8, “Sevilya” - 2.
C qrupu
“Napoli” (İtaliya) – “Braqa” (Portuqaliya) 2:0
“Union” (Berlin, Almaniya) – “Real” (İspaniya) 2:3
Xal durumu: “Real” – 18, “Napoli” – 10, “Braqa” – 4, “Union” - 2.
D qrupu
“İnter” (İtaliya) – “Real Sosyedad” (İspaniya) 0:0
“Zaltsburq” (Avstriya) – “Benfika” (Portuqaliya) 1:3
Xal durumu: “Real Sosyedad” – 12, “İnter” – 12, Benfika” - 4, “Zaltsburq” – 4
Facebook-da paylaş