Əsas Səhifə > Dünya idmanı > “Qalatasaray” Çempionlar Liqası ilə vidalaşıb
“Qalatasaray” Çempionlar Liqası ilə vidalaşıb13-12-2023, 08:00 |
UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turuna start verilib. BrendSport.az xəbər verir ki, ilk gündə A, B, C və D qruplarında mübarizəyə yekun vurulub. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Danimarkada “Kopenhagen”in qonağı olub. Türkiyə təmsilçisi həlledici oyunda minimal hesabla məğlub olaraq qitənin ali klub turniri ilə vidalaşıb. “Cim-Bom” mübarizəyə Avropa Liqasında davam edəcək. “Mançester Yunayted”in isə, ümumiyyətlə, qitə turnirləri ilə vidalaşıb. Çempionlar Liqası Qrup mərhələsi VI tur A qrupu “Kopenhagen” (Danimarka) – “Qalatasaray” (Türkiyə) 1:0 “Mançester Yunayted” (İngiltərə) – “Bavariya” (Almaniya) 0:1 Xal durumu: “Bavariya” – 16, “Kopenhagen” – 8, “Qalatasaray” – 5, “Mançester Yunayted” - 4. B qrupu “Lans” (Fransa) – “Sevilya” (İspaniya) 2:1 PSV (Niderland) – “Arsenal” (İngiltərə) 1:1 Xal durumu: “Arsenal” – 13, PSV – 9, “Lans” – 8, “Sevilya” - 2. C qrupu “Napoli” (İtaliya) – “Braqa” (Portuqaliya) 2:0 “Union” (Berlin, Almaniya) – “Real” (İspaniya) 2:3 Xal durumu: “Real” – 18, “Napoli” – 10, “Braqa” – 4, “Union” - 2. D qrupu “İnter” (İtaliya) – “Real Sosyedad” (İspaniya) 0:0 “Zaltsburq” (Avstriya) – “Benfika” (Portuqaliya) 1:3 Xal durumu: “Real Sosyedad” – 12, “İnter” – 12, Benfika” - 4, “Zaltsburq” – 4 Geri qayıt |