“Barselona” doğma meydanda məğlub olub
Futbol üzrə İspaniya çempionatında 16-cı turun növbəti oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, “Barselona” klubu bu mövsüm inamlı mübarizə aparan "Jirona"nı qəbul edib. Ümumilikdə altı qolun vurulduğu matçda qonaqlar 4:2 hesabı ilə qalib gəliblər. Meydan sahiblərinin heyətində Robert Levandovski ilə İlkay Gündoğan, "Jirona"da isə qolların müəllifləri Artem Dovbik, Migel Qutierres, Valeri Fernandes və Kristian Stuani olub.
Bu qələbədən sonra "Jirona" 41 xalla liderdir. "Real" 39 xalla ikinci, bir oyun az keçirən "Atletiko" 34 xalla üçüncü və eyni xala sahib "Barselona" dördüncüdür.
Facebook-da paylaş