"Real"ın daha bir futbolçusu zədələnib

Realın daha bir futbolçusu zədələnib
İspaniyanın "Real" klubunun daha bir futbolçusu zədələnib.
BrendSport.az xəbər verir ki, Rodriqo Braziliya millisinin heyətində Argentinaya 0:1 hesabı ilə uduzduqları DÇ-2026-nın seçmə mərhələsinin oyununda dizindən xəsarət alıb.
Onun noyabrın 26-da "Kadis"ə qarşı La Liqa matçında və noyabrın 29-da Çempionlar Liqasında "Napoli" ilə görüşdə iştirakı sual altındadır.
Qeyd edək ki, Rodriqo cari mövsüm Madrid təmsilçisinin heyətində 17 oyun keçirib, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Real"da Eduardo Kamavinqa və Vinisius Junior da zədədən əziyyət çəkir.
Facebook-da paylaş
