Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Taylandlı gimnast: Bakıda hazırlıq keçmək gözəl təcrübədir



“Bakıda təlim-məşq toplanışında iştirak etmək olduqca gözəl təcrübədir”.

BrendSport.az
xəbər verir ki, bu sözləri Milli Gimnastika Arenasında hazırlıq keçən tailandlı bədii gimnast Sikkhari Suttiraqsa Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Banqkok Gimnastika Klubunun üzvü arenada şəraitin yüksək səviyyədə olduğunu bildirib: “Əsas üstünlük odur ki, yeməkxanaya asanlıqla gedib-gələ bilirik. Burada çoxlu biliklər əldə edəcəyimə inanıram. Yeni çıxışımın üzərində işləyirik. Eləcə də, balet və rəqs dərsləri keçirəm. Hazırda isə Bakıda təşkil olunacaq Dünya Kubokuna hazırlaşıram”.

Qeyd edək ki, bədii gimnastika üzrə Dünya Kuboku aprelin 19-21-də Milli Gimnastika Arenasında təşkil olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş