Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan idmançısı güc idman növündə dünya çempionu olub


Azərbaycan idmançısı Əli Əsgərov güc idman növündə dünya çempionu olub.

BrendSport.az
xəbər verir ki, o, Rusiyanın paytaxtı Moskvada keçirilən ilk dünya çempionatında (“World Championship Powersport WPSO”) birinci yeri tutub.

Benç press növündə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 190 kiloqramlıq ştanqı sinəsi üzərinə qaldırıb. Yarışda dünyanın müxtəlif ölkələrindən 300-dən çox idmançı mübarizə aparıb.

Qeyd edək ki, Naxçıvan regional miqrasiya baş idarəsində çalışan Əli Əsgərovun güc idman növləri üzrə Avrasiya çempionluğu, pauerliftinq üzrə dünya üçüncülüyü, Azərbaycan çempionluğu, ölkə Qran-prisində birinciliyi var.


Facebook-da paylaş

Xəbəri paylaş