Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qurban Qurbanov: Futbolçularımız mübarizəyə hazırdırlar



Çox ciddi komandaya qarşı oynayacağıq. Futbolçularımız bu mübarizəyə hazırdırlar.

BrendSport.az
. xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın "Bayer" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, Bundesliqa ən intizamlı oyun göstərən liqalardan birincisidir: “Onlar üçün rəqibin kim olduğunun fərqi yoxdur. Hər bir oyuna məsuliyyətlə yanaşırlar. Bu komanda ilə qarşılaşmada diqqətli olmağa çalışacağıq. Avropa Liqasının oyunlarındakı təcrübəmiz imkan verir ki, belə çətin rəqibə qarşı düzgün oyun nümayiş etdirək. Məğlub olsaq belə, belə yarışlardan çəkinmirik".

Onun sözlərinə görə, rəqibin futbol karyerası geniş olan, bacarıqlı baş məşqçisi var: "Xabi Alansonu hər birimiz lider kimi tanıyırıq. Onun adı futbol tarixinə çoxdan həkk olub. Onun komandası topla yaxşı davranmağı bacarır. Açığı, bu amillər məni bir qədər narahat edir. Ona görə də bu matça ciddi yanaşmalıyıq. Öz təcrübəmizə inanırıq. Meydanda sürətli olmalıyıq. Komandamızda motivasiya da yüksəkdir".

Qeyd edək ki, oktyabrın 26-da “Bay-Arena”da baş tutacaq “Bayer” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Facebook-da paylaş

Xəbəri paylaş