Millətlər Liqası: Azərbaycan yığmasının oyunu ukraynalı hakimlərə tapşırılıb
Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Monteneqro ilə keçirəcəyi ev oyununun hakimləri açıqlanıb.
BrendSport.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda baş tutacaq matçı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Anastasiya Romanyuka həmyerliləri Aleksandra Vdovina və İrina Petrova kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kristina Kozeroq yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 31-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Monteneqro görüşü saat 16:00-da başlayacaq.
Facebook-da paylaş