Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Sabah” - “Beşiktaş” xeyriyyə oyunu başlayıb

“Sabah” - “Beşiktaş” xeyriyyə oyunu başlayıb


Bakının “Sabah” və Türkiyənin “Beşiktaş” futbol klubları arasında xeyriyyə oyunu başlayıb.
BrendSport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matç baş hakim Tural Qurbanova həvalə olunub. Ona Vüsal Məmmədov və Rəhman İmami kömək edirlər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirir.
“Sabah”ın start heyətində Yusif İmanov, Abdulaye Ba, Elvin Camalov, Kristian da Silva, Amin Seydiyev, Aleksey İsayev, Boyan Letiç, Coy-Lens Mikels, Emmanuel Apeh, Con İrasabal və Aleksey Kaşuk yer alıblar.
"Beşiktaş"ın heyətində isə meydana Mert Günok, Valentin Rosier, Onur Bulut, Kerem Atakan Keskin, Necip Uysal, Berkay Vardar, Velinton, Semih Kılıçsoy, Cekson Muleka, Aleksandru Maksim və Umut Meraş çıxıblar.
Qeyd edək ki, matçdan əldə olunacaq gəlirlərin hamısı Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş