Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Göygöldə cüdo üzrə “Yaponiya-Azərbaycan dostluğu” səfir kuboku yarışı keçiriləcək

Göygöldə cüdo üzrə “Yaponiya-Azərbaycan dostluğu” səfir kuboku yarışı keçiriləcək




Mayın 11-12-də Göygöl Olimpiya İdman Kompleksində 13 yaşadək cüdoçular arasında “Yaponiya-Azərbaycan dostluğu” səfir kuboku yarışı keçiriləcək. Yarış Gənclər və İdman Nazirliyinin, Göygöl Rayon İcra Hakimiyyətinin, Azərbaycan Cüdo Federasiyasının və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.
BrendSport.az xəbər verir ki, yarışda 47 klub, cəmiyyət və idman təşkilatından 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.
2012-2014-cü il təvəllüdlü yeniyetmələr arasında təşkil olunacaq turnirdə qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Turnirin əsas məqsədi Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək göstərmək, eyni zamanda, yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, cüdoçuların yarış təcrübəsinin artırmaq, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.


Facebook-da paylaş

Xəbəri paylaş