Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Formula 1: Növbəti mövsüm sprint yürüşlərin sayı 10-a çatdırıla bilər

Formula 1: Növbəti mövsüm sprint yürüşlərin sayı 10-a çatdırıla bilər


Növbəti mövsüm Formula 1 üzrə dünya çempionatında 10 sprint yarış təşkil oluna bilər.
BrendSport.az xəbər verir ki, bu barədə Formula 1 yarışlarının sahibi ABŞ-ın “Liberty Media” şirkəti məlumat yayıb.
Mənbənin məlumatına görə, yekun qərar qəbul edilməzdən əvvəl bir sıra məqamlar nəzərə alınacaq. Xüsusilə, təqvimin sıxlığı - gələn il Çin Qran-Prisinin də təşkili nəzərdə tutulub.
Ötən il üç sprint yarış keçirilib. Cari mövsüm bu rəqəm 6-ya çatdırılıb. Bu il ilk sprint yarışa Formula 1 Azərbaycan Qran-Prisi ev sahibliyi edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Red Bull Racing” komandasının pilotu Serxio Peres Bakı şəhər halqasında keçirilən yürüşün qalibi olub. “Ferrari”nin pilotu Şarl Lekler yarışı ikinci, S.Peresin komanda yoldaşı Maks Ferstappen isə üçüncü pillədə başa vurublar.


Facebook-da paylaş

Xəbəri paylaş