Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Sərhəd” hərbi-idman oyunları başa çatıb

“Sərhəd” hərbi-idman oyunları başa çatıb
Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planı əsasında hər il təşkil olunan “Sərhəd” hərbi-idman oyunları başa çatıb.

BrendSport.az
xəbər ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş və ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 35 sərhədyanı və digər rayonların 161 məktəbinin 805 şagirdi iştirak edib. İlk iki mərhələnin yekunlarına görə 11 komanda aprelin 28-dən mayın 4-dək final mərhələsində mübarizələrini davam etdiriblər.
Komandalar “Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi”, “Ləpirçilik”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təхliyə olunması”, “Avtomatın sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açmaq” və “Sıra hazırlığı” üzrə öz bilik və bacarıqlarını nümayiş еtdiriblər.
Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidməti və məişət şəraiti ilə tanış olub, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil edilib, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçirilib.
Final mərhələsinin yekunlarına görə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun internat məktəbinin “Xətailər” komandası birinci, İmişli rayonunun Qızılkənd kənd tam orta məktəbinin “Turan” komandası ikinci, Cəlilabad rayonunun Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası isə üçüncü yeri tutub.
Mayın 4-də DSX-nin “Lənkəran” sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə iştirak edən DSX-nin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək bu oyunların gənclərdə Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasında, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyə olunmasında, sərhədçi peşəsinə marağın artırılmasında mühüm rol oynadığını vurğulayıblar.
Qaliblər kubok, medal, diplom və qiymətli hədiyyələrlə, oyunlarda fəal iştirak etmiş komandalar isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.


Facebook-da paylaş

Xəbəri paylaş