Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



ADPU-də Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub



ADPU-də Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

BrendSport.az saytı xəbər verir ki, bu barədə ADPU-nun Musiqi, Təsviri İncəsənət, Fiziki Tərbiyə və Çağırışaqədər hazırlıq fakültəsinin Facebook səhifəsində məlumat yayılıb.

Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müəllimlər və tələbələr, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Tədbirdən öncə iştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş əsərlərlə tanış olublar.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, xalqımız böyük tarixi hadisə ərəfəsindədir. Xalqımız hər il 28 May-Respublika Gününü qeyd edir. Bu il isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili qeyd olunur.

Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri, araşdırmaçı, yazıçı İrfan Çiftçi çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev “Biz bir millət, iki dövlətik” deyib. Yüz il bundan öncə Azərbaycan xalqının vətənpərvər ruhlu, müasir, mütərəqqi və demokratik düşüncəli övladları Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar.

Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı, yazıçı-publisist Nəcibə Bağırzadə çıxışında Cümhuriyyət dövründə Azərbaycan dili dövlət dili elan edilməsi böyük bir uğur olduğunu vurğulamışdır.

Musiqi, Təsviri İncəsənət, Fiziki Tərbiyə və Çağırışaqədər hazırlıq fakültəsinin dekanı, dosent Laçın Həsənova tədbirin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rektoru, professor Cəfər Cəfərova təşəkkür edib.

Musiqi müəllimliyi ixtisası üzrə təhsil alan II tədris ilinin tələbələri Aslan Muradoğlu, Elşən Abbaszadə, Əhməd Almuradov sazda “Naxçıvani”, “Urfani” mahnılarını ifa ediblər. Və həmin ixtisasın III tədris ilinin tələbələri Leyla Həsənli, Etibar İsmayılov, Teymur Sadatov tar və kamançada Azərbaycan xalq rəqsləri olan “On dörd” və “Simayi-şəms” rəqslərini ifa ediblər. Tələbələrin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.











Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi


Facebook-da paylaş

Xəbəri paylaş