Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gərgin çalışmanın nəticəsi



Səmədov İqbal İlqar oğlu 1993-cu il avqust ayının 4-də Bakı şəhərində anadan olmusdur. O, 2000-ci ildə Bakı şəhəri Xətai rayonunda yerləşən 264 saylı məktəb/liseyində I sinfə qədəm qoymuşdur.

BrendSport.az xəbər verir ki, 2009-cu ildə yaşadığı ünvanı dəyişdiyinə görə Binəqədi rayonundakı 297 saylı tam orta məktəbdə təhsilini davam etdirmişdir. 2011-ci ildə o, 297 saylı tam orta məktəbi bitirmişdir.

Məktəbi bitirdikdən sonra elə həmin il İqbal Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olaraq tələbə adını qazanmışdır. 2015-ci ildə o, akdemiyanı bitirmisdir.



Daha sonra 2016-ci ilin yanvar ayının 12-si İqbal Səmədov Daxili Qosunların “N” saylı hərbi hissəsinin komendant bölüyündə xidmətə başlamışdır. O, xidmət müddətində hərbi hissə komandanlığı tərəfindən xidmətdə fərqləndiyinə görə "Fəxri fərmanla" təltif edilmis və “Baş əsgər” rütbəsi verilmişdir. 2017-ci ilin yanvar ayında hərbi xidməti basa vurmuşdur.

İqbal Səmədov idman həyatına 2008-ci ildə başlamışdır. Məşğul oldugu idman növü əlbəyaxa döyüş növlərindən olan taekvondo ITF olmusdur. O, bu idman növündə respublikada bir çox turnirlərdə mükafat qazanmışdır.

Daha sonra o, 2011-ci ildə çoxnövçülük idman növü ilə məşğul olmaga başlamışdır. Bu idman növündə də respublikada bir çox turnirlərin qalibi adını qazanmışdır.



Bir neçə spartakiyadalarda I olmuşdur. İqbal Səmədov çoxnövçülük idman növundə (beşnövçülük) göstərdiyi nəticələrə görə birinci dərəcə ilə mükafatlandırılmışdır. O, bu idman növu ilə mşəgul ola-ola 2013-cü ildə müəllimi Babək Verdiyevin köməkliyilə taekvondo WTF idman növu ilə də məşğul olmaga başlamışdır.

Taekvondo WTF idman növündə də onun bir neçə turnirlərdə mükafatları var. Bu idman növündən qara kəmərə namizəddir.
Hazırda döyüşçü aktyorlar qrupunun üzvüdür.

Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş