Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qəbələ”nin baş məşqçisi: Komandamız qarşıya qoyulan məqsədə nail oldu.Bu qələbəni Tale Heydərova həsr edirik.



Çox sevindiricidir ki, “Qəbələ”nin neçə illik həsrətinə son qoyulmasının qələbə şərhini verirəm. Bu qələbəni Tale Heydərova həsr edirik. Futbolçular məsuliyyəti başa düşərək meydanda əllərindən gələni etdilər, qarşıya qoyulan məqsədə nail oldular.

BrendSport.az xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Zaur Həşimov Azərbaycan kubokunun finalında qalib (1:0) qələndən sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Baş məşqçi bildirib: “Oyun ağır keçdi. Çox güman ki, bu, hava şəraiti, dağlıq ərazidə oynamağımızla bağlı idi. Hər iki komanda çətinlik çəkdi. Qələbənin məsuliyyəti futbolçuları gərginlikdə saxlayırdı. Hamısına təşəkkür edirəm. Qəbələdən bura gələn azarkeşlərinə yanımızda olduqları üçün təşəkkür edirəm”.

Z.Həşimov oyunun sondakı vəziyyətinə də şərh verib: “Oyunun sonlarına yaxın geri çəkildik. İlk hissədə qoldan sonra da yaxşı hücumlar təşkil etdik, bir neçə qol imkanımız da oldu. Fasilədən sonra rəqib də bizi müdafiə olunmağa məcbur etdi. Rəqibin baş məşqçisi Ayxan Abbasova da təşəkkür düşür. Çünki “Sumqayıt”ın finala çıxması böyük nailiyyətdir”.

Mütəxəssis oyunun fasiləsində komandaya verilən tapşırığın nədən ibarət olduğunu açıqlayıb: “Fasilədə futbolçulara təxminən 10 dəqiqə heç nə deyilmədi. Su fasiləsi verildi və onların özlərinə gəlməsinə vaxt ayırdıq. Bu, oyundan deyil, sıxıntıdan əmələ gələn boğulma ilə bağlı idi. Onlara tapşırdıq ki, oyuna başladığımız kimi davam edək. Qol imkanları olsa, istifadə etməliyik. İkinci 45 dəqiqə “Qəbələ”də üç final oynayan futbolçular üçün çox önəmli idi. Onlara bunu xatırladaraq meydana buraxdıq”.

Baş məşqçi bildirib ki, UEFA Avropa Liqasına vəsiqə qazanan komandanın turnirə hazırlıq planları və transfer çalışmaları barədə danışmaq hələ tezdir: “Avrokuboklarla bağlı planlar barədə qəti söz deyə bilmərəm. Bu gün üçün belə plan hazır deyil. Hansı dəyişiklər olacağı barədə danışılmayıb. Bu gün kubokun qazanılması məsələyə aydınlıq gətirə bilər”.


Facebook-da paylaş

Xəbəri paylaş