Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İdmanla kinonu birləşdirən rejissor



Elçin İsmayıl 10 avqust 1993 cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə 70 nömrəli liseyə qəbul olunub və 2011-ci ildə bu liseyi bitirib. Elə həmin il də Türkiyənin Əskişəhər Anadolu Universitetinə daxil olmuş və distant təhsili almışdır.
BrendSport.az xəbər verir ki, uşaqlıq illərindən kino sahəsinə həvəsi olan Elçinin bu həvəsi getdikcə böyüməyə başlayır.

İlk filmi 2015-ci ildə Xocalı faciəsinin 24-cü il dönümünə həsr edilib. "Qanlı Tabut" adlandırılan film Xocalıda yaşanmış acı cinayətləri əks etdirir.

İkinci filmi isə həvəskar dostları ilə birləşib film çəkməyə qərar verirlər. 2016-cı ilin aprel ayında təqdimatı keçirilən "Addım" filmi isə son zamanlar gündəmdən düşməyən intihar hallarının qarşını almaq üçün atılan addım idi.

Qeyd edək ki, “Addım” filminin quruluşçu rejissoru və ssenari müəllifi Elçindir. Elə həmin vaxtlarda dostları ilə birgə "Tormenta Media Production"u yaradır.

Hazırda "Tormenta Media" olaraq bir neçə qruplarla, həmçinin aktyorlarla əməkdaşlıq edirlər.

"Qızıl onluq" idmançı qrupu ilə ilə birlikdə 10 qara kəmər ustadı, 3 dünya çempionunun bir arada olduğu "C-43" filmini çəkirlər. "C-43" filminin ssenari müəllifi də Elçin İsmayıldır.

Dostları ilə birlikdə kənardan heç bir maddi dəstək almadan yüksək səviyyəli bir iş ərsəyə gətirməyə çalışırlar.

Elçin İsmayılın bir arzusu da gələcəkdə idmana dəstək xarakterli rolikler və carxlar çəkməkdir.

Elçin İsmayılın sözlərinə görə "Qızıl onluq" qrupuyla əməkdaşlıq etmək onu və dostlarını çox məmnun edir. Gələcəkdə onlarla birlikdə aksion janrında, Hollivud səviyyəli filmlər ərsəyə gətirəcəyinə inandığını bildirib.

Onun sözlərinə görə, "Tormenta Media" və "Qızıl Onluq" gələcəkdə ilklərə imza atacaq!

Ən böyük arzusu isə Hollivudda olmaq və “Oscar” mükafatına layiq görülməkdir.

Əliqasim





Facebook-da paylaş

Xəbəri paylaş