Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək




"Çalışacam ki, atamın ümüdlərini doğruldum"



Esmeralda İsmayılova 24 noyabr 2007-ci ildə Ağdaş rayonunda anadan olub. Hazırda Ağdaş rayonu Ləki qəsəbəsindəki 6 saylı tam orta məktəbin V sinif şagirdidir.

BrendSport.az saytı xəbər verir ki, Esmeralda dərslərində fəal olduğu üçün sinif nümayəndəsi seçilib. O, eyni zamanda artıq bir ilə yaxındır ki, Azərbaycan Taekvondo Federasiyasının Ağdaş rayonunda fəaliyyət göstərən "Gənclər" Taekvondo Klubunun üzvüdür. Göy kəmər sahibidir.

Ən böyük arzusu böyüyəndə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmaqdır. Oranı bitirdikdən sonra isə dövlət qurumlarında yüksək vəzifələrdə çalışmaq arzusundadır.

İngilis dilini yaxsı öyrənməyə çalışır. Məqsədi də ingilis dilini mükəmməl öyrənərək taekvondo üzrə beynəlxalq hakim kimi də Azərbaycanı xarici ölkələrdə təmsil etməkdir.

Taekvondonu çox sevir və hətta bu il ərzində qara kəmər almaq iddiasındadır. Şəxsi məşqçisi də atası IV dan qara kəmər ustası Eşqin İsmayılovdur.

Esmeraldanın taekvondo ilə bağlı maraqlı fikirləri var:

- Atam mənim məşqlərimə çox ciddi yanaşır. Çalışacam ki, atamın ümüdlərini doğruldum. Əlavə etmək istəyirəm ki, ailəmiz də mənə dəstək olur. Orta məktəbdə də çox savadlı müəllimlərimiz var. Onların da məsləhətlərindən yararlanıram.


Alxas Məmmədov




Facebook-da paylaş