Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Stolüstü tennis üzrə veteranlar arasında turnirin qalibləri mükafatlandırılıb




Stolüstü tennis üzrə veteranlar arasında növbəti turnir keçirilib.


Azərbaycan Stolüstü Tennis Federasiyasının saytına istinadən verilən xəbərə görə, turnirin məqsədi veteranların sağlamlığının möhkəmləndirilməsi, onların fəal idman hərəkatına cəlb edilməsi, stolüstü tennisin təbliği məqsədilə təşkil olunub.

Yarışlarda müxtəlif şəhər və rayonlardan 40-dək veteran qatılıb.

Turnirdə 40-49, 50-59, 60 və yuxarı yaş qrupu üzrə təşkil olunan yarışların qalibləri federasiyanın diplom və medalları ilə mükafatlandırılıb.

Birinciliyin qaliblərindən olan İlham Ağayevin gələn il keçiriləcək veteranlar arasında Avropa çempionatında iştirakı Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən təmin ediləcək.

Azərtac.az


Facebook-da paylaş

Xəbəri paylaş