Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Milli Gimnastika Arenası növbəti yarışlara ev sahibliyi edəcək





Milli Gimnastika Arenası noyabrın 24-dən 26-dək batut və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi, bədii gimnastika üzrə şəhər çempionatı və birinciliyi, həmçinin aerobika gimnastikası üzrə açıq ölkə və Bakı çempionatına ev sahibliyi edəcək.

Yarışların ilk gününə tamblinqçilər start verəcəklər. Daha sonra isə meydançanı aerobika təmsilçiləri və bədii gimnastlar bölüşəcəklər. Turnirin sonuncu günündə isə bədii gimnastlarla yanaşı, batutçular da mübarizəyə qoşularaq öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.

Qeyd edək ki, əsl gimnastika bayramına çevriləcək 3 günlük turnirdə aerobika gimnastikası üzrə açıq Azərbaycan çempionatına yerli gimnastlarımızla yanaşı Estoniya, Bolqarıstan, Almaniya, Macarıstan və Rusiyadan da idmançıların qatılacağı gözlənilir. Onlar fərdi qadın, fərdi kişi, qarışıq cütlük, üçlük və qrup proqramlarında 5 yaş kateqoriyası (2009-2010, 2006-2008, 2003-2005, 2000-2002, 1999 və daha böyük) üzrə mübarizə aparacaqlar.

Azərtac.az


Facebook-da paylaş